Kişi voleybolçulardan ibarət komandalar arasında Azərbaycan Yüksək Liqasında pley-offda mübarizə aparacaq klubların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın XIII turu həlledici mərhələsinin iştirakçılarına aydınlıq gəlib.
“Nəqliyyatçı” və “Naxçıvan arasında matç həlledici olub. 3:0 hesablı qələbə qazanan sonuncular izləyicisi ilə xal fərqini 10-a çatdırıb. 3 dövrədən ibarət yarışın sonuna 3 tur qaldığından ilk “dördlük” digər iki komanda üçün əlçatmaz olub.
Belə ki, 4-cü pillənin sahibi 18 xala malikdisə, “Nəqliyyatçı” cəmi 8 xal əldə edib. Bu isə o deməkdi ki, “Neftçi”, “Lokomotiv” və MOİK-in ardından naxçıvanlılar da yarımfinala yüksəlib.
Qeyd edək ki, iki dövrədən ibarət olacaq pley-off mərhələsinin ilk dövrəsi martın 15-17-də, son oyunları isə həmin ayın 28-30-da olacaq.
|
|
O |
Q |
M |
S |
X |
1 |
“Neftçi” |
13 |
12 |
1 |
38-5 |
37 |
2 |
“Lokomotiv” |
13 |
12 |
1 |
37-6 |
36 |
3 |
MOİK |
13 |
6 |
7 |
19-26 |
22 |
4 |
“Naxçıvan” |
13 |
6 |
7 |
23-25 |
18 |
5 |
“Nəqliyyatçı” |
13 |
2 |
11 |
11-33 |
8 |
6 |
“Sumqayıt” |
13 |
0 |
13 |
0-39 |
0 |