[b]300-ə çatan Azərbaycan futbolçuları[/b]
03.05.2017 - 10:31
[b]300-ə çatan Azərbaycan futbolçuları[/b]

Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300 və daha çox matç keçirənlərin siyahısındakı futbolçuların sayı 16-ya çatıb.

 

Bir il əvvəl 15 oyunçudan ibarət olan cədvələ son mövsümdə Elnur Abdullayev daxil olub. Hesabında 315 matç olan yarımmüdafiəçi 11-ci pilləyə qədər yüksəlib.

 

Ümumiyyətlə, 300 və daha çox oyun keçirənlərdən 5-i başa çatan mövsümün iştirakçılarıdı. Belə oyunçular arasında mütləq rekord Rəşad Abdullayevə məxsusdu. 378 matç keçirən orta sahə oyunçusu ümumi siyahıda 4-cüdü.

 

Cədvələ isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. “400”ü adlayan yeganə oyunçu olan “professor”u Azər Məmmədovla Aslan Kərimov izləyib. Rəşadın 2-ci pilləyə yüksəlməsi üçün növbəti mövsümdə iştirakı və əksər matçlarda şans qazanması yetərlidi. Çünki Abdullayev 2-ci yerdən 10, üçüncülükdən 4 oyun geri qalır.

 

Karyerasını davam etdirənlərdən Rəşad Sadiqov 5-ci, Rahid Əmirquliyev 8-ci, Vüqar Nadirov 13-cüdü.

 

 

yer

futbolçu

oyun

1.

Mahmud Qurbanov

421

2.

Azər Məmmədov

388

3.

Aslan Kərimov

382

4.

Rəşad Abdullayev

378

5.

Rəşad Sadiqov

366

6.

Aqil Məmmədov

363

7. 

İsmayıl Məmmədov

351

8.

Rahid Əmirquliyev

333

9.

Kənan Kərimov

327

10.

Nadir Nəbiyev

316

11.

Elnur Abdullayev

315

12.

Mübariz Orucov

311

13.

Vüqar Nadirov

307

14.

Müşfiq Hüseynov

305

15.

Ədəhim Niftəliyev

303

16.

Kamal Quliyev

302

 

0