[b]“Qarabağ”ın Avstriya gündəliyi[/b]
19.06.2017 - 01:39
[b]“Qarabağ”ın Avstriya gündəliyi[/b]

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda toplanışın ikinci gününü tək məşqlə tamamlayıb.

 

Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən hazırlıq meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib.

 

Toplu və fiziki çalışmalarla məşqə yekun vurulub.

 

Qeyd edək ki, Ağdam klubu toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 20-də Rusiya Premyer Liqa təmsilçisi “Axmat”a qarşı keçirəcək.

0