Konfederasiyalar Kubokunda yarımfinal mərhələsinin cütlükləri bəlli olub. Apasport.az saytının məlumatına görə, iki qrupda ilk iki yeri tutan komandalar final uğrunda yarışacaqlar.
A qrupunun qalibi olan Portuqaliya B qrupunun ikincisi Çili ilə üz-üzə gələcək. Görüş iyunun 28-də Kazanda baş tutacaq.
Digər cütlükdə isə A qrupunun ikincisi Meksika B qrupunun qalibi Almaniya ilə qarşılaşacaq. Bu matç isə Soçidə keçiriləcək və iyunun 29-da start götürəcək.
Üçüncülük uğrunda qarşılaşma iyulun 2-də Moskvada, final isə həmin gün Sankt-Peterburqda baş oynanılacaq.
Konfederasiyalar Kuboku – 2017
Yarımfinallar
28 iyun
22:00. Portuqaliya – Çili
29 iyun
22:00. Almaniya – Meksika