[b]Roman Qriqorçukun “dream team”i - VİDEO[/b]
03.07.2017 - 01:28
“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk vətənində televiziya proqramında qonaq olub. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis özünü ən yaxşı xəyali “ilk 11-liy”ini açıqlayıb.
Azərbaycan çempionatının gümüş mükafatçısının arzuladığı heyət belədir.
Qapıçı: Andre Ter-Ştegen (“Barselona”)
Müdafiəçilər: Dani Alveş (klubsuz), Marselo (“Real”), Serxio Ramos (“Real”), Tyaqo Silva (PSJ)
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), İsko (“Real”), Enqolo Kante (“Çelsi”)
Hücumçular: Kriştiano Ronaldo (“Real”), Mario Mancukiç (“Yuventus”), Robert Levadovski (“Bavariya”).
O, bu komandanın baş məşqçisi kimi isə Xosep Qvardiolanı görür.
0
0