[b]Kamran Ağayev “18-liy”ə salınmadı[/b]
14.08.2017 - 09:32
Millimizin üzvü Kamran Ağayevin yeni komandası “Mlada Boleslav” Çexiya çempionatında növbəti görüşünü keçirib. Apasport.az saytı xəbər verir ki, komanda III tur çərçivəsində “Karvina”nın qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Hesabı “Mlada Boleslav” açsa da, ev sahibləri son dəqiqələrdə məğlubiyyətdən xilas ola biliblər.
Ağayevin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, 3 turdan sonra aktivində 1 xal olan “Mlada Boleslav” turnir cədvəlində 16 komanda arasında 14-cüdü.
0
0