19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız Belarusun paytaxtı Minskdə hazırlıq keçir.
Hazırlıq prosesi çərçivəsində Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
Yığmamız toplanışa 18 futbolçu ilə yollanıb: Nigar Abdulova (“Fidan”), Sude Topçu (“1207 Antalya Döşemealtı Belediye Spor”, Türkyə), Bozdağ Peritan (“Konak Bellediye Spor”, Türkyə), Ayşən Əhmədova (“Sumqayıt”), Cəmilə Hüseynova (“Məşəl”, Balakən), Həqiqət Qasımova (“Təhsil”), Vüsalə Hacıyeva (“Sumqayıt”), Vüsalə Seyfətdinova (“Sumqayıt”), Nigar Mirzəliyeva (“Mingəçevir”), Rövşanə Sərdarlı (“Fidan”), Firəngiz Teymurova (“Konak Bellediye Spor”, Türkiyə), Öznur Taş (“1207 Antalya Döşemealti Belediye Spor”, Türkiyə), Leyli Qurbanova (“Zaqatala”), Aytac Neymətova (“Təhsil”), İlahə Nuriyeva (“Zaqatala”), Ülkü Özdemir (“Montabaur”, Almaniya), Zülfiyyə Əliyeva (“Mingəçevir”), Aytən İbadova (“İmişli”).