[b]“Qarabağ” “Kopenhagen”lə oyuna hazırdı - FOTO[/b]
23.08.2017 - 13:41
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi cavab matçının hazırlığını tamamlayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi dünən görüşün keçiriləcəyi "Parken" stadionunda oyunöncəsi son məşqinə çıxıb.
Yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) başlayan məşq təxminən 1 saat davam edib.
Komandanın son hazırlığını “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl də izləyib.
0
0