[b]“Sportinq”dən Budaqlı qələbə[/b]
23.08.2017 - 23:27
[b]“Sportinq”dən Budaqlı qələbə[/b]

Futbol üzrə Portuqaliya Sequnda Liqasında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" də növbəti matçına çıxıb.

 

“Zolaqlılar” doğma meydanda "Kova da Piedade" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Budaq qarşılaşmanın 86-cı dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Sportinq" hazırda 9 xalla 20 klub arasında 3-cü pillədə qərarlaşıb.

0