[b]Belə qələbə olmamışdı[/b]
04.09.2017 - 21:51
[b]Belə qələbə olmamışdı[/b]

Azərbaycan millisi tarixində ilk dəfə 5 qol vurub. Apasport.az saytının məlumatına görə, ilk rəsmi matçını 1992-ci ildə keçirən yığmamız keçirdiyi 232-ci matçda San-Marinonu 5:1 hesabı ilə məğlub edib.

 

Bunadək bir oyunda 4-dən çox top vurmayan komandamız tarixinin ən yüksək məhsuldarlığını göstərib. Bu qələbə həm də ən böyükhesablı uğurumuzun təkrarıdı. İndiyədək millimizin rekordu 4 top fərqli qələbə idi.

 

1999-cu ildə Lixtenşteyni 4:0 yenən yığmamız 18 ildən sonra rekordunu təkrarladı. Bu dəfə daha çox qol vuran komandamız yenə 4 top fərqi ilə qalib gəldi. Lakin ilk dəfə 5 qol vurmaqla 3 xal qazandı. Maraqlıdı ki, hər iki görüş seçmə mərhələdə baş tutub.

 

Ümumilikdə isə yığmamız tarixində 7-ci, seçmə mərhələlərdə 2-ci dəfə böyükhesablı qələbə qazanıb. Seçmə mərhələdəki hər iki uğur 4 top fərqi ilə olub.

 

27 fevral 1996-cı il Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları – 3:0

22 mart 1997-ci il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan – 3:0

5 iyun 1999-cu il Bakı. AÇ-2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0

27 fevral 2012-ci il Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan – 3:0

15 avqust 2012-ci il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Bəhreyn – 3:0

14 avqust 2013-cü il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Malta – 3:0

4 semtyabr 2017-ci il Bakı. DÇ-2018-in seçmə oyunu. Azərbaycan – San-Marino – 5:1

0
Loading...