[b]The Best: Ən yaxşı qadın futbolu baş məşqçisi bəlli oldu[/b]
23.10.2017 - 23:22
[b]The Best: Ən yaxşı qadın futbolu baş məşqçisi bəlli oldu[/b]

FİFA ötən ilin ən yaxşılarını mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.

 

Kişi futbolunda olduğu kimi qadın futbolunda da ən yaxşı baş məşqçi seçilib. Nominasiyanın qalibi adına Hollandiya qadın millisinin çalışdırıcısı Sarina Viqman layiq görülüb.

 

O, danimarkalı Nils Nilsen (Danimarka yığması) və fransalı Jerar Preşeri ("Lion”) qabaqlayıb.

0