[b]Yığma üzvü oynamadı, komandası uduzdu[/b]
13.11.2017 - 00:14
İspaniya Sequndasında XIV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Ximnastik” də növbəti matçına çıxıb.
Sözügedən komanda “Ovyedo”nu qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Zədəli olan Eddi bu qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, 14 oyundan sonra 15 xal toplamış turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
0
0