[b]Burak Yılmaz ölümdən döndü[/b] [b]- FOTO[/b]
10.12.2017 - 15:37
[b]Burak Yılmaz ölümdən döndü[/b] [b]- FOTO[/b]

Türkiyə milli komandasının və “Trabzonspor”un hücumçusu Burak Yılmaz qəza keçirib. Apasport.az saytının məlumatına görə, məşhur futbolçu İstanbulda səhərə yaxın saat 5-də lüks idman avtomobili ilə gedərkən idarəetməni itirib.

 

Bir neçə dəfə yuvarlanan maşın yolda dayanmış başqa bir avtomobilə dəyərək tərs çevrilib. Hadisə şahidinin Türkiyə mətbuatına verdiyi məlumata görə, avtomobilin içindən salamat çıxan Burak Yılmaz bir az sonra hadisə yerinə gələn dostları “Qalatasaray”lı Selcuk İnan və “Akhisar”lı Olcan Adınla birlikdə başqa bir avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb.

 

Futbolçunun meneceri Ogan Tarhan hadisəni təsdiqləyib və Burakın sağ-salamat olduğunu deyib. “Trabzonspor” da rəsmi saytı vasitəsilə oyunçusuna “keçmiş olsun” diləkləri yollayıb.

 

Qeyd edək ki, Yılmaz komandaya verilən birgünlük istirahət səbəbi ilə İstanbulda imiş.

 

0