Azərbaycanın otüstü hokkey üzrə kişilərdən ibarət «Atasport» klubu «Çelenc kuboku»nun III divizionunun finalına vəsiqə qazanıb
10.05.2008 - 14:07
Azərbaycanın otüstü hokkey üzrə kişilərdən ibarət «Atasport» klubu «Çelenc kuboku»nun III divizionunun finalına vəsiqə qazanıb
Əvvəlki iki oyununda «Tempu» klubunu (Finlandiya) 14:0, «Epitok» komandasını (Macarıstan) isə 2:1 hesabı ilə məğlub edən «Atasport» qrup mərhələsini birinci pillədə başa vurub. Komandamızın finalda adı hələ müəyyənləşməyən rəqibinə qalib gələrsə, «Çelenc» kubokunun II divizionuna vəsiqə qazanacaq.
0