“Futbolçuların hamısına diqqət ayrılır. Ayaz Quliyev də onların sırasındadı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O, bu gün keçirdiyi mətbuat konfransında “Spartak”ın futbolçusu Ayaz Quliyevin yığmamızda oynamaq istəyinə və buna hazır olmasına münasibət bildirib. Qurbanovun sözlərinə görə, nə vaxt görsə ki, onun milli üçün faydası olacaq, bundan sonra danışıqlara başlayacaqlar: “Yanvardan sonra bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik”.
AFFA-nın baş katibi Elxan Məmmədov da xaricdəki azərbaycanlı futbolçularla danışıqların olduğunu deyib: “İki il əvvəl Ayazla görüşmüşdüm. Son qərar onun yox, Qurban Qurbanovun olacaq”.