[b]Son 5 ilin antirekordu[/b]
15.01.2018 - 10:46
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı son siyahıda Azərbaycan Premyer Liqası dünyada 50-ci olub. Apasport.az saytının məlumatına görə, bu nəticə son 5 ilin antirekordudu.
Belə ki, çempionatımız dünya liqalarının reytinq cədvəlində sonuncu dəfə 2013-cü ilin yanvarında belə aşağı mövqedə qərarlaşmışdı. Həmin vaxt 2012-ci ilin yekunları liqamızı dünyanın 84-cüsü etmişdi.
Növbəti il 43-cü sıraya yüksələn çempionatımız ardıcıl 5-ci dəfə ilk “50-lik”də qərarlaşıb. Lakin bu dəfə “100-lüy”ün ilk yarısında sonuncuyuq.
il |
yer |
2007 |
100 |
2008 |
106 |
2009 |
98 |
2010 |
86 |
2011 |
98 |
2012 |
84 |
2013 |
43 |
2014 |
37 |
2015 |
38 |
2016 |
33 |
2017 |
50 |
0
0