[b]Araz Abdullayev komandasına kömək edə bilmədi[/b]
12.03.2018 - 00:01
Kiprin I Divizionunda XXVIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.
Famaqusta təmsilçisi doğma meydanda “Apollon”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Araz 48-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, 28 oyundan sonra 57 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
0
0