19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Ukraynada təlim-məşq toplanışında olan Vüqar Əsgərlinin yetirmələri bu ölkənin müvafiq yaş qrupundan olan komanda ilə görüşüb.
Meydan sahibləri Kiyevdəki matçın taleyini ilk yarım saatda həll edib. 30 dəqiqəyə 3 cavabsız qol vuran Ukrayna yığması böyükhesablı qələbəni əldən verməyib. Düzdü, millimiz fasilə ərəfəsində fərqi azaldıb. Lakin ikinci hissədə ukraynalılar daha bir qol vurmağa müvəffəq olublar – 4:1.
Qeyd edək ki, Azərbaycan və Ukrayna milliləri martın 17-də ikinci yoxlama oyununda üz-üzə gələcək.