[b]DÇ-2018: Danimarkadan sürpriz, İsveçdən növbəti qələbə[/b]
10.05.2018 - 12:06
Danimarkada keçirilən kişi xokkeyçilərin dünya çempionatında mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə A və B qruplarında ümumilikdə 4 qarşılaşma keçirilib.
Almaniya debütant Cənubi Koreyanı, İsveçrə isə Belarusu məğlub edib. Günün sürprizi B qrupunda qeydə alınıb. Danimarka Finlandiyaya qalib gəlib. İsveç isə Avstriyadan üstün olub.
Dünya çempionatı
Qrup mərhələsi
A qrupu
İsveçrə - Belarus – 5:2
İsveç – Avstriya – 7:0
B qrupu
Finlandiya – Danimarka – 2:3
Almaniya – Cənubi Koreya – 6:1
A qrupunda məğlubiyyətsiz yoluna davam edən İsveç liderdi. B qrupunda isə Finlandiya ilk pillədə qərarlaşıb.
0
0