Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanan 26 komandadan 20-si müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu komandalardan 17-nin yer alacağı səbət də dəqiqləşib.
Mayın 26-da baş tutacaq cari mövsümün finalında görüşəcək “Real”la “Liverpul”un hansı səbətə düşəcəyi Kiyevdəki matçdan asılı olacaq. Qalib 1-ci səbətdə qərarlaşacaq. Bu səbətdə artıq 7 komanda bəllidi və yalnız sonuncu vəsiqə Ukraynada oynanılacaq.
Finalda uduzacaq komandanın səbəti nəticədən asılıdı. “Real” uduzub 2-ci, “Liverpul”sa 3-cü səbətə düşəcək. “Tottenhem”in səbətlərdən hansına düşəcəyi son vəsiqələrin sahiblərindən asılı olacaq.
Qeyd edək ki, qrupa 6 vəsiqə təsnifat mərhələlərində sahibini tapacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
I səbət
“Atletiko”
“Barselona”
“Yuventus”
“Bavariya”
“Mançester Siti”
PSJ
“Lokomotiv”
“Liverpul” və ya “Real”*
II səbət
“Mançester Yunayted”
“Napoli”
“Borussiya” D
“Porto”
“Şaxtyor”
“Tottenhem”*
III səbət
“Roma”
“Şalke”
MOİK
IV səbət
“Valensiya”
“Brügge”
“Hoffenhaym”
* - uduzan komanda digər səbətlərdən birində yer alacaq.
** - III səbətə düşməsi də mümkündü.