Azərbaycanın voleybol klublarının avrokuboklarda qarşılaşacaqları rəqiblər müəyyənləşib
29.06.2008 - 12:40
Azərbaycanın voleybol klublarının avrokuboklarda qarşılaşacaqları rəqiblər müəyyənləşib
“APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanı ilk dəfə qitə arenasında 4 komanda təmsil edəcək. Son altı mövsümdə Çempionlar liqasında mübarizə aparan qadınlardan ibarət “Azərreyl” klubu CEV kubokunda debüt edəcək. Püşkə əsasən, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız 1/16 finalda noyabrın 4-13-ü aralığında Hollandiyanın “Lonqa 59” klubu ilə qarşılaşacaq. “Azərreyl” növbəti mərhələyə adlayacağı təqdirdə, “Uraloçka” (Rusiya) - “Roşevil” (Fransa) cütünün qalibi ilə oynayacaq.
Digər üç komandamız isə “Çelenc kuboku”nda iştirak edəcək. Kişilərdən ibarət yığmamızın baza klubu “Azərneft” turnirin birinci mərhələsində Belarus “Metallurq”u ilə mübarizə aparacaq. Püşkə əsasən, komandalar oktyabrın 11-də və 18-də qarşılaşacaqlar. Qadınlar arasında yarışacaq “Rabitə” və “İqtisadçı” klubları isə turnirə ikinci mərhələdən qoşulacaqlar. “Rabitə” Finlandiyanın “Viesti” klubu, “İqtisadçı” isə Kiprin “AEL” klubu ilə görüşəcək. Hər iki komandamız oyunlarını noyabrın 4-13-ü aralığında keçirəcək.
0
DİGƏR XƏBƏRLƏR
Loading...