Azərbaycan çempionatının tarixi dəqiqləşdi
11.02.2014 - 15:56
Ağır atletika üzrə Azərbaycan çempionatının keçirilmə tarixi açıqlanıb. Federasiyadan apasport.az saytına verilən məlumata görə, fevralın 13-də start götürəcək yarış 3 gün davam edəcək.
Azərbaycan çempionu adı uğrunda rayon, cəmiyyət və klublarından olan kişi və qadın atletlər mübarizə aparacaqlar.
Yarışlar Ağır Atletika Akademiyasının idman arenasında keçiriləcək.
0
0