[b]Elnur Allahverdiyev: Özümü saxlaya bilmədim, söydüm[/b]
18.04.2014 - 11:20
[b]Elnur Allahverdiyev: Özümü saxlaya bilmədim, söydüm[/b]

“İntizam Komitəsinin barəmdə çıxardığı qərarı təəccüblə qarşıladım”. Bunu apasport.az saytına milli komandamızın və “Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev deyib.

 

Ölkə kubokunun 1/2 final mərhələsinin “Xəzər Lənkəran”la ilk oyununda (3:0) cəzalı olduğu üçün meydana çıxa bilməyən Elnur Allahverdiyev sərt cəza ilə üzləşib. Belə ki, görüşü kənardan izləyən Allahverdiyev burda da emosiyalarına sahib ola bilməyib. O, baş hakim Rəhim Həsənovun qərarlarını söyüşlə qarşılayıb. Bu isə onun 5 Premyer Liqa matçında iştirakına qadağa qoyulmasına, “Qəbələ”yə isə 10 min manat cərimə kəsilməsinə səbəb olub.

 

Elnur isə qərarı düzgün saymasa da, söyüş söydüyünü etiraf edir: “Söyüş işlətmişəm, bunu danmıram. Özümü saxlaya bilmədim, neyləyim? Bir səhvdir. Amma mənə cəzanı düzgün verməyiblər. Bu cəza kubokda verilməli idi. Cəzanı çempionat matçlarına şamil etdilər. Baxın, siz jurnalistsiniz. Bu nə dərəcədə doğrudur? Hələ rəhbərliklə görüşməmişəm. Yəqin ki, qərardan şikayət edərik”.

 

Qeyd edək ki, Rəhim Həsənov XXVIII turun “Qarabağ” – “Qəbələ” görüşündə Elnur Allahverdiyevə 76 və 78-ci dəqiqələrdə sarı vərəqə verməklə onun “Xəzər Lənkəran”la çempionat matçını buraxmasına səbəb olmuşdu.

  

0