Azərbaycan – Özbəkistan oyununun vaxtı açıqlandı
21.07.2014 - 16:51
Azərbaycan və Özbəkistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 20-də Bakıda baş tutacaq oyun saat 21:00-da başlayacaq.
Bu görüş “Bakcell Arena” stadionunda keçiriləcək. Matç yığmamızın AVRO-2016-nın seçmə mərhələsinin startı ərəfəsində son sınağı olacaq.
Mənbə: affa.az
0
0