Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində 6 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ” bir gün əvvəl mərhələ adlasa da, bu gün də təmsilçimiz meydana çıxıb. Belə ki, FİFA referisi Əliyar Ağayev Qazaxıstanda keçiriləcək “Aktobe” – “Dinamo” (Gürcüstan) qarşılaşmasında ədaləti qoruyub. Ona elə azərbaycanlılardan ibarət hakimlər briqadası kömək edib.
Qeyd edək ki, cavab oyunlarının 11-i bir gün əvvəl keçirilib.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
23 iyul
“Aktobe” (Qazaxıstan) - “Dinamo” (Gürcüstan) - 3:0
İlk oyun - 1:0
“Ventspils” (Latviya) - “Malmö” (İsveç) - 0:1
İlk oyun - 0:0
HİK (Finlandiya) - “Rabotniçki” (Makedoniya) - 2:1
İlk oyun - 0:0
“Styaua” (Rumıniya) - “Stromsqodset” (Norveç) - 2:0
İlk oyun - 1:0
“Maribor” (Slovaniya) - “Zrinski” (Bosniya və Herseqovina) - 2:0
İlk oyun - 0:0
“Sent Patriks” (İrlandiya) - “Legiya” (Polşa) - 0:5
İlk oyun - 1:1