Cihan Özkara yenə “Sivasspor”a lazım olmadı
15.09.2014 - 23:20
Bu gün Türkiyə Superliqasında II turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” növbəti matçına çıxıb
Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Matça yenə ehtiyat oyunçular skamiyasında başlayan təmsilçimiz oyunun sonuna qədər forma geyinə bilməyib.
Qeyd edək ki, ötən tur evində “Akhisar B” ilə oyunda (2:1) Özkara meydana daxil olmağa şans əldə edə bilməmişdi.
0
0