Məlikov ilk oyununda "fərqləndi", komandası uduzdu
23.09.2014 - 19:23
Türkiyə kubokunda II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq futbolçusu Rail Məlikovun formasını geyindiyi "Dənizlispor" səfərdə "Trabzon Akçaabat"ın qonağı olub.
Qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Matçın qalibi penalti seriyasında müəyyənləşib. Burada isə daha dəqiq oynayav "Trabzon Akçaabat" 4:2 hesablı qələbə qazanaraq növbəti mərhələ adlayıb.
Bu mövsüm PTT I liqasında forma şansı əldə edə bilməyən Məlikov bu dəfə meydana start heyətində daxil olub. 120 dəqiqə rəqibə qarşı mübarizə aparan Rail 49-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
0
0