Topaz Premyer Liqasının XI turunun “Simurq”la oyunu “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lənkəranda baş tutacaq görüşdə komanda tarixində 400-cü rəsmi matçına çıxacaq.
Belə ki, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək müxtəlif yarışlarda 399 oyunda qüvvəsini sınayıb. Nəticəsi ləğv olunan və yenidən oynanılan 2 matç nəzərə alınmamaqla, nəticəsi tarixə texniki hesabla düşən 1 matç isə hesaba alınmaqla “Xəzər Lənkəran” 4-cü böyük yubileyin astanasındadı.
10 il ərzində Azərbaycan çempionatı, Azərbaycan kuboku, Superkubok, avrokuboklar və “Birlik kuboku”nda üst-üstə 399 qarşılaşmada azarkeşlər önünə çıxan “ağ-yaşıllar” 198 qələbə qazanıb, 113 heç-heçə edib və 88 dəfə uduzub. 200-cü qələbənin iki addımlığında olan komanda penaltilər seriyaları və texniki nəticədəki hesab (3:0) nəzərə alınmamaqla, 611 top vurub və 341-ni buraxıb.
Çempionat |
311 |
153 |
91 |
67 |
455-251 |
Kubok |
63 |
38 |
14 |
11 |
127-48 |
Avrokuboklar |
18 |
2 |
7 |
9 |
14-33 |
Birlik kuboku |
6 |
4 |
1 |
1 |
13-8 |
Superkubok |
1 |
1 |
0 |
0 |
2-1 |
Yekun |
399 |
198 |
113 |
88 |
611-341 |
İlk oyununu 2004-cü il avqustun 7-də “Turan”a qarşı səfərdə keçirən “Xəzər Lənkəran”ın tarixi 1:1 hesablı heç-heçə ilə başlayıb. Komanda indiyə qədərki 8 tarixi matçın 3-də qalib gəlib, eyni sayda heç-heçə edib və yalnız 50-ci və 350-ci matçında uduzub.
1 |
2004/05 |
07.08.2004 |
çempionat |
Turan (Tovuz) |
s |
1:1 |
50 |
2005/06 |
02.10.2005 |
çempionat |
Qarabağ (Ağdam) |
s |
1:2 |
100 |
2006/07 |
08.04.2007 |
çempionat |
Karvan (Yevlax) |
e |
3:1 |
150 |
2007/08 |
11.05.2008 |
çempionat |
Neftçi (Bakı) |
s |
1:0 |
200 |
2009/10 |
06.12.2009 |
çempionat |
İnter (Bakı) |
s |
1:1 |
250 |
2010/11 |
03.03.2011 |
kubok |
Neftçi (Bakı) |
s |
4:3 |
300 |
2011/12 |
05.05.2012 |
çempionat |
Qəbələ (Qəbələ) |
e |
1:1 |
350 |
2013/14 |
18.08.2013 |
çempionat |
Qarabağ (Ağdam) |
s |
0:2 |