[b]“Xorvatiyaya 0:6 hesablı məğlubiyyət yığmanın zəif olmasından xəbər vermir”[/b]
27.11.2014 - 17:05
[b]“Xorvatiyaya 0:6 hesablı məğlubiyyət yığmanın zəif olmasından xəbər vermir”[/b]

“Azərbaycan millisinin potensialı var. Onlar seçmə mərhələsinin 4 oyununun hamısında uduzsalar da, bu komandanın real gücü deyil. Xorvatiyaya 0:6 məğlubiyyət də azərbaycanlıların zəif olmasından xəbər vermir”. Apasport.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi postuna əsas namizəd Robert Prosineçki deyib.

 

Xorvatiya mətbuatına danışan 45 yaşlı mütəxəssis yığmamızın sükanı arxasına keçməyə hazır olduğunu bildirib: “Bakıda müsbət çox şey gördüm. İşləmək lazımdır. Mən Azərbaycan yığmasını çalışdırmağa hazıram. Bir neçə il Xorvatiya millisində Slaven Biliçin köməkçisi olmuşam. Həmin təcrübə mənə kömək edəcək. İnanıram ki, vəzifəmin öhdəsindən gələcəm. Qarşıda kifayət qədər vaxtım var. Seçmə mərhələdə növbəti oyunumuz Maltaya qarşıdı. Həmin matç martın 28-də olacaq. Ailəmlə birlikdə Azərbaycana köçəcəm”. 

 

 

0