FİFA millilərin reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hesabında 215 xal olan Azərbaycan yığması siyahıda 135-ci pillədə qərarlaşıb.
Bununla, komandamızın FİFA-nın reytinq cədvəlində enişi başa çatıb. Son 3 ayda açıqlanan siyahılarda hər dəfə aşağı yuvarlanan və nəticədə 62 pillə geriləyən millimiz bu dəfə mövqeyini qoruyub.
209 ölkə arasındakı 135-ci yeri Tacikistanla bölən komandamız kimi, əksər yığmalar üçün də ciddi dəyişiklik olmayıb. Buna səbəb noyabrın 27-dən sonra yığmalar səviyyəsində çox az sayda matç baş tutub.
12 addımlıq sıçrayışa nail olan Maldiv adaları artıq millimizi keçib. Əvəzində bizdən öndə olan Əfqanıstan geriləyib və artıq millimizə aşağıdan yuxarı baxır. Ümumiyyətlə isə siyahıdakı cədvəldə “qonşularımız” cüzi yerdəyişmələr edib.
Millimiz və “qonşuları”
130 (142). Maldiv adaları – 220
130 (128). Filippin - 220
132 (130). Lixtenşteyn – 219
133 (131). Qvineya-Bisau – 218
134 (133). Yeni Zelandiya - 216
135 (135). AZƏRBAYCAN – 215
135 (134). Tacikistan – 215
137 (138). Vyetnam – 211
137 (141). Mavritaniya - 211
139 (139). Qazaxıstan - 205
140 (145). Sent-Lusiya – 202
İlk “onluğ”un tərkibində isə heç bir dəyişiklik olmayıb. Son dünya çempionu və finalçısı ilk iki pillədə yerlərini qoruyub.
İlk “onluq”
1 (1). Almaniya – 1725
2 (2). Argentina – 1538
3 (3). Kolumbiya – 1450
4 (4). Belçika – 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya – 1316
7 (7). Fransa – 1160
7 (7). Portuqaliya - 1160
9 (9). İspaniya - 1142
10 (10). Uruqvay – 1135
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizin də xalı dəyişməz qalıb. Amma onlardan birinin mövqeyi dəyişib. Malta yığması KXDR-ın 13 pilləlik enişi sayəsində 1 addım irəliləyib.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
11 (11). İtaliya – 1103
19 (19). Xorvatiya – 946
66 (66). Bolqarıstan - 506
67 (67). Norveç - 500
135 (135). AZƏRBAYCAN – 215
147 (148). Malta – 166
Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında yenə 604 xal olsa da, “ay-ulduzlular” 1 pillə geriləyib və artıq siyahıda 49-cudu.