Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.
Apasport.az xəbər verir ki, bunu Şahmat Federasiyasının mətbuat xidməti açıqlayıb.
Fevralın 17-də baş tutan qarşılaşmada hakimlər kollegiyasının qərarına əsasən Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd edilərək partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanıb.
Qərarla razılaşmayan Ayan Allahverdiyeva Azərbaycan çempionatının Apellyasiya Komitəsinə müraciət edib.
Qurum tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı araşdırılıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qüvvədə olan qaydalarına əsasən Ayan Allahverdiyevanın etirazı təmin olunub.
Apellyasiya Komitəsinin qərarına əsasən, Türkan Məmmədyarovanın qələbəsi ləğv edilib və tərəflər arasında keçirilən ilk partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirilib.
Türkan Məmmədyarova Apellyasiya Komitəsinin qərarı ilə razılaşdığını bildirib.
- Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib