Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, kişilərin yarışında ilk qarşılaşmada Məhəmməd Muradlıya qalib gələn Şəhriyar Məmmədyarov özünü rahat hiss edə bilər.
Təcrübəli şahmatçıya yarımfinala yüksəlmək üçün heç-heçə kifayət edəcək.
Digər oyunlarda Vüqar Əsədli və Teymur Rəcəbov, Rauf Məmmədov və Əhməd Əhmədzadə, Misrəddin İsgəndərov və Aydın Süleymanlı üz-üzə gələcəklər.
1/4 finalın ilk qarşılaşmalarında bu duellərin hamısında heç-heçə qeydə alınıb.
Qadınların 1/4 finalında Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva məğlub etdikləri Gövhər Beydullayeva və Zeynəb Məmmədyarova ilə mübarizədə ciddi üstünlüyə malikdirlər.
Digər cütlərdə Günay Məmmədzadə və Səbinə İbrahimova, Gülnar Məmmədova və Xanım Balacayeva qarşılaşacaqlar. Onların ilk görüşləri heç-heçə başa çatıb.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub