Kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, turdan əvvəl şahmatçılar Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşüb və şəkil çəkdiriblər.
Azərbaycan Şahmat Federasiyası və “YAŞAT” Fondunun birgə təşkilatçılığıyla reallaşan layihədə maraqlı anlar yaşanıb. 1 orden və 13 medalla təltif olunan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Arazın arzusu həyata keçirilib. Araz Şadmanov uzun illər internetdən izlədiyi Şəhriyar Məmmədyarovla tanış olub. Araza şahmat yolunda uğurlar arzulayan Ş. Məmmədyarov balaca fanatıyla yenə də görüşəcəyini bildirib.
Sonda şahmatçılar balacalara hədiyyə təqdim ediblər.
Qeyd edək ki, 1/8 finalda ilk gedişi Azərbaycan Respublikasının siyasi və ictimai xadimi, diplomat və tarix elmlər doktoru Həsən Həsənov edib.
- Teymur Rəcəbov: “Kapitan kimi ilk uğurumuzu Avropa çempionatında qazandıq”
- Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb
- Azərbaycan şahmatçıları Avropa çempionatında təltif olunublar - FOTO
- Şahmatçılarımız Avropa ikincisi olublar - FOTO
- Millimiz Avropa çempionluğunun bir addımlığında