Azərbaycan Nyu-Yorkda 15 şahmatçı ilə təmsil olunur
27.12.2024 - 13:29

Nyu-Yorkda rapid və blits üzrə dünya çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, Azərbaycanı çempionatda 15 şahmatçı təmsil edir.
Onlardan 8-i kişi, 7-i qadındır: Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova.
Qeyd edək ki, dünya çempionatının mükafat fondu 1,5 milyon dollar təşkil edir.
- “Ganja Open 2025”in mükafat fondu açıqlanıb
- "Chess Tour Azerbaijan"da iştirak edən şahmatçıların sayı açıqlanıb
- Azərbaycan şahmatçıları "Fujairah Global 2025"də
- Balakəndə Respublika Şahmat Olimpiadasına start verilib - FOTO
- Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO
0
0