Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.
Apasport.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan tədbirdə 19 dövlət qurumundan 49 əməkdaş iştirak edib.
Qadınlar arasında Afaq Xudaverdiyeva (Mərkəzi Bank) birinci olub. Qəndab Əzizova (“Azərbaycan Dəmir Yolları” QSC) yarışı ikinci, Fizzə İsmayılova (Dövlət Gömrük Komitəsi) üçüncü pillədə başa vurublar.
Kişilər arasında Sənan Quliyev (“Azərbaycan Dəmir Yolları” QSC) birinci, Murad Quliyev (Mərkəzi Bank) ikinci, Ədalət Umudov (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü yeri tutublar.
- Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək
- Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib