İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında keçirilən şahmat üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçiləri Vətənə qayıdıblar.
Apasport.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yığma üzvlərini Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, valideynlər və jurnalistlər qarşılayıblar.
14 yaşadək qızların yarışında Zəhra Allahverdi, 16 yaşadək oğlanların mübarizəsində isə Xaqan Əhməd dünya çempionu olublar. Zəhra Allahverdi ölkə tarixində 14 yaşlıların dünya çempionatında qızıl medal qazanan ilk qız şahmatçı kimi tarixə düşüb.
Xaqan Əhməd isə müstəqil Azərbaycana 16 yaşlıların dünya çempionatında ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, 83 ölkədən 750-dən çox şahmatçının qatıldığı dünya çempionatında Azərbaycan Himni iki dəfə səsləndirilib. İki qızıl medal sayəsində Azərbaycan komanda hesabında birinci yeri tutub.
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu
- “Quba Open 2026”ya yekun vurulub