"Azərbaycan Şahmat Turu" çərçivəsində "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur.
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
AŞF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan turnir reytinqə uyğun olaraq A və B qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın mükafat fondu 22 650 manatdır. Turnirin baş hakimi Şaiq Quliyevdir.
- "Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
- Aydın Süleymanlı: “Valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi”
- Şahmatçımız dünya çempionunu MƏĞLUB EDİB
- Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
- Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi