Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.
Qadın şahmatçılardan ibarət milli komandada isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaq. Kapitan Nicat Abasov olacaq. Tanınmış şahmatçı Qədir Hüseynov isə məşqçi kimi komandaya kömək göstərəcək.
Hər iki komanda təlim-məşq toplanışına cəlb olunacaq. Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.
- Kişi şahmatçılarımız Yunanıstanı böyük hesabla məğlub edib
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi