
Rumıniyanın Eforie Nord şəhərində bir günlük fasilədən sonra kişilər arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün 7-ci turun qarşılaşmaları keçirilib.
Azərbaycan şahmatçıları arasında ən yüksək nəticəyə malik Məhəmməd Muradlı almaniyalı Frederik Svaynla qarşılaşıb. Təmsilçimiz uduzaraq, liderlər qrupundan uzaq düşüb.
Avropa çempionatında Azərbaycan derbisi də olub: Misrətdin İskəndərov Aydın Süleymanlı ilə oynayıb. Aydın qalib gəlib. Süleymanlı ilə yanaşı turu qələbə ilə başa vuran Nicat Abasov və Əhməd Xaqan 5 xalla liderdən 1 xal geri qalırlar.
Həmçinin Dünya kubokuna 20 vəsiqə verən qitə çempionatında ümumilikdə 13 şahmatçımız çıxış edir.
Yeddinci turda təmsilçilərimizin qarşılaşacaqları rəqiblər:
Frederik Svayn (Almaniya) - Məhəmməd Muradlı - 1:0
Misrətdin İskəndərov - Aydın Süleymanlı - 0:1
Evgenios İoannidis (Yunanıstan) - Nicat Abasov - 0:1
Əhməd Əhmədzadə - Luc Travadon (Fransa) - 0,5:0,5
Xaqan Əhməd - Valentin Draqnev (Avstriya) - 1:0
Daniel Vokaturo (İtaliya) - Vüqar Manafov - 0,5:0,5
Şiroğlan Talıbov - Dominik Horvat (Avstriya) - 0:1
Read Səmədov - Eyal Nuh (İsrail) - 1:0
Ümid Aslanov - İoannis Kalogeris (Yunanıstan) - 0,5:0,5
Daniil Mosesov (Ukrayna) - Şahin Vəliyev - 0:1
Elmar Atakişiyev - Egehan İpek (Türkiyə) - 0:1
Sarp Şahin (Türkiyə) - Süleyman Süleymanlı - 0:1
Turnir cədvəli: 1. Baadur Jobaba (Gürcüstan) - 6 xal... 36. Aydın Süleymanlı. 42. Nicat Abasov, 48. Əhməd Xaqan - hərəsi 5 xal.