Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.
Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb 3,5:2,5.
Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.
Hazırda daha çox gənc şahmatçılardan formalaşan “Odlar Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.
- Dünya çempionları Vətənə qayıdıblar
- "Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
- Aydın Süleymanlı: “Valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi”
- Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
- Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi