Azərbaycan millisi FIFA reytinqində gerilədi – Türkiyə də 4 pillə itirdi
08.10.2026 - 11:00
Azərbaycan millisi FIFA reytinqində gerilədi – Türkiyə də 4 pillə itirdi

FIFA milli komandaların dünya reytinqinin oktyabr ayı üçün yenilənmiş siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi bir pillə geriləyərək 127-ci sıraya düşüb. Ayxan Abbasovun rəhbərlik etdiyi yığmanın hesabında 1138,96 xal var. Komandamız əvvəlki reytinqdə 126-cı yerdə qərarlaşmışdı.

Azərbaycan millisi son 4 qarşılaşmada məğlub olmayıb. Yığmamız yoldaşlıq görüşündə Tacikistanı (1:0), UEFA Millətlər Liqasında isə Litvanı (1:0) məğlub edib. Komandamız Litva ilə səfərdə 1:1, Lixtenşteynlə Bakıda isə 0:0 hesablı heç-heçə edib.

Türkiyə millisinin də mövqeyi pisləşib. Qardaş ölkə təmsilçisi 4 pillə geriləyərək 1563,54 xalla 27-ci yerdən 31-ci sıraya düşüb.

Reytinqə 2011,57 xalla İspaniya başçılıq edir. Argentina ikinci, Fransa isə üçüncü yerdədir.

FIFA reytinqində ilk 10-luq belədir:

Yer

Milli komanda

Xal

1

İspaniya

2011,57

2

Argentina

1972,80

3

Fransa

1958,86

4

İngiltərə

1925,59

5

Portuqaliya

1807,69

6

Braziliya

1806,51

7

Mərakeş

1805,34

8

Belçika

1779,17

9

Niderland

1778,61

10

Meksika

1738,48