Braziliya üçün qara gecə: 36 il sonra ilk
06.07.2026 - 02:12
Braziliya üçün qara gecə: 36 il sonra ilk

Braziliya millisi DÇ-2026-da mübarizəni 1/8 finalda dayandırıb.

Apasport.az xəbər verir ki, “sambaçılar” dünya çempionatlarında 1990-cı ildən sonra ilk dəfə 1/8 final mərhələsində turnirlə vidalaşıb.

Braziliya sonuncu dəfə DÇ-1990-da bu mərhələdə Argentina qarşısında 0:1 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Braziliya DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 uduzaraq mundialdan kənarda qalıb.