Braziliyanın seriyası qırıldı
03.12.2022 - 10:05
Braziliya millisinin dünya çempionatlarının qrup mərhələsindəki məğlubiyyətsizlik seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, Titenin yetirmələri DÇ-2022-nin son turunda Kameruna uduzub.
0:1 hesablı məğlubiyyətə qədər pentakampeonlar qrupda 17 matçlıq seriyaya imza atıb. Bu yarışın mütləq rekordudur.
Cənubi amerikalılar sonuncu dəfə DÇ-1998-də qrupda uduzub. Həmin vaxt son turda Norveç qələbə sevinci yaşayıb – 2:1.
Qeyd edək ki, Braziliya uduzsa da, G qrupunun qalibi kimi 1/8 finala adlayıb.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
0
0