Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Kanada ilə oyun Xorvatiya yığmasının iki futbolçusu üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, komandanın 4:1 hesabı ilə qalib gəldiyi görüşdə xorvatların heyətində ikinci qolun müəllifi olan Marko Livaya 20 illik həsrətə son qoyub.
O, DÇ-2002-dən bəri daxili birincilikdə çıxış edən oyunçular arasında Xorvatiya millisinin heyətində mundiallarda fərqlənən ilk oyunçudur. “Hayduk”un yarımmüdafiəçisinə qədər sonuncu dəfə DÇ-2002-də İvitsa Oliç bunu bacarmışdı.
Kanada üzərində böyükhesablı qələbəyə dublla töhfə verən Andrey Kramariç isə Mario Mandzukiçin göstəricisini təkrarlayıb. O, DÇ-2014-də bir qarşılaşmada iki qol sevinci yaşayan Mandzukiçdən sonra buna nail olan ilk futbolçudur.
Qeyd edək ki, F qrupunda qərarlaşan Xorvatiya yığması son oyununu dekabrın 1-də Belçikaya qarşı keçirəcək.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi