“Liverpul” yeni rekorda imza atdı
10.12.2023 - 20:30
“Liverpul” yeni rekorda imza atdı

 

Premyer Liqanın 16-cı turunun matçında “Liverpul” səfərdə “Kristal Pelas”a qalib gəlib (2:1).

Apasport.az xəbər verir ki, “qırmızılar”a qələbəni matçın 90+4-cü dəqiqəsində Harvi Elliottun qolu qazandırıb. “Liverpul” 90-cı dəqiqədən sonra 43-cü dəfə qələbə qolunu vuraraq Premyer Liqa rekordunu yeniləyib. Yurgen Kloppun rəhbərliyi altında komanda 17 belə oyun keçirib.

 

Qeyd edək ki, siyahının ikinci pilləsində 32 qələbə qolunu vuran “Arsenal” qərarlaşıb. Üçüncü yerdə “Tottenhem”dir (31). Sonrakı yerləri “Mançester Yunayted” (29) və “Çelsi” (26) tutur.

 

0