Messi yeni rekorda imza atdı - DÇ tarixində 30-cu oyun
04.07.2026 - 02:23
Argentina millisinin kapitanı Lionel Messi növbəti tarixi rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə keçirilən görüşdə meydana çıxmaqla dünya çempionatları tarixində 30 matç keçirən ilk futbolçu olub.
Messi bununla Almaniya futbolunun əfsanəsi Lotar Matteusun rekordunu geridə qoyub. Matteus mundiallarda 29 oyunda forma geyinmişdi.
Qeyd edək ki, Messi dünya çempionatlarında debütünü 2006-cı il iyunun 16-da Serbiya və Monteneqroya qarşı matçda edib.
Hazırda onun mundiallarda 19 qolu və 12 məhsuldar ötürməsi var.
- Mbappe Messiyə yaxınlaşdı - Dünya çempionatlarında 18-ci qol
- DÇ-2026-dan sonra ayrılıqlar - 6 milli baş məşqçisini göndərdi
- Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət
- 50 illik seriya bitdi - Almaniya penaltilərdə uduzdu
- DÇ-2026-da ilk əlavə vaxt - Almaniya və Paraqvay 90 dəqiqəyə "sığmadı"
0
0