Uels millisinin kapitanı Qaret Beyl yeni rekord ərəfəsindədir.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu dünya çempionatının qrup mərhələsinin II turunda İranla bu gün keçiriləcək oyunda meydana çıxmaqla Uels yığmasının tarixinə düşəcək.
Bu, Beylin 16 yaşında debüt etdiyi millidə 110-cu matçı olacaq. Bununla Kris Qanterə məxsus rekordu yeniləyəcək 33 yaşlı forvard Uels yığmasının ən çox oyun keçirən futbolçusuna çevriləcək. O, I turda ABŞ-la qarşılaşmada penaltidən fərqlənərək komandasını məğlubiyyətdən xilas edib (1:1).
Qeyd edək ki, milli komandalarda ən çox oyun keçirən futbolçu malayziyalı Soh Çin Anndır. 72 yaşlı sabiq müdafiəçi 1969-1984-cü illərdə yığmanın heyətində 219 matçda iştirak edib. Azərbaycan yığmasının bu baxımdan rekordçusu isə 111 oyunla Rəşad Sadıqovdur. Beyl qrup mərhələsinin qalan hər iki qarşılaşmasında meydana çıxsa, Sadıqovun göstəricisinə çatacaq.
- “Neftçi”dən yubiley matçında tarixi göstərici – 550-ci qələbə
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi