Belçikanın Lyoven şəhərində “Grand Chess Tour” seriyasının I mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışda mübarizə rapid növü ilə başlayıb.
Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ilk 3 turda 3 xal toplayıb. Vişvanatan Ananda (Hindistan) qalib gələn qrossmeysterimiz Uesli Soya (ABŞ) uduzub. O, günün son matçında isə Aniş Qiri (Hollandiya) ilə heç-heçə edib.
İlk günün yekununa əsasən So vahid liderdi. O, 5 xala malikdi. Məmmədyarov isə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, yarışda 10 şahmatçı mübarizə aparır. İştirakçılar mərhələnin ilk 3 günündə rapid, son 2 günündə blits oynayacaqlar.