Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yeniyetmə və gənc stolüstü tennisçilər üçün seminar təşkil edib.
Apasport.az xəbər verir ki, tədbirin əsas məqsədi stolüstü tennisçiləri antidopinq qaydaları, idmançıların hüquq və vəzifələri, həmçinin dopinqə qarşı mübarizə strategiyaları barədə məlumatlandırmaq olub.
İştirakçılara qadağan edilmiş maddələr, metodlar, dopinq nəzarəti prosesi, idmançıların bu prosesdəki rolu və nəticələrin idarə olunması mexanizmləri ətraflı izah edilib.
Bəzi hallarda idmançıların bilmədən və ya ehtiyatsızlıqdan tərkibində qadağan edilmiş maddə olan dərmanlar qəbul edə biləcəyi vurğulanıb. Bildirillib ki, bu səbəbdən hər bir idmançı istifadə edilən preparatların tərkibini diqqətlə yoxlamalıdır.
- Tunar Bağırov beynəlxalq yarışın mükafatçısı olub
- 9 stolüstü tennisçimiz beynəlxalq turnirdə çıxış edəcək
- Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil”
- Stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir