Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayacaqlar.
Gənclər və idman nazirliyi ilə ASTF-nin birgə təşkil etdiyi budəfəki çempionatda da komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizədə qalib və mükafatçılar müəyyənləşəcək.
Nəticələrə əsasən seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.
- Tunar Bağırov beynəlxalq yarışın mükafatçısı olub
- 9 stolüstü tennisçimiz beynəlxalq turnirdə çıxış edəcək
- Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil”
- Stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir